Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

 

  • Tovuz rayonunun ərazisi 1942 kv.km, əhalisi 177,2 min nəfərdir. 43 inzibati ərazi dairəsi, 41 bələdiyyə mövcuddur. Ölkənin iri kənd təsərrüfatı rayonlarından biri olmaqla rayonda 241 müəssisə və təşkilat fəaliyyət göstərir. Rayonda kəndli fermer təsərrüfatları, qum-çınqıl karxanaları, asfalt zavodu, süd emalı zavodu, qida məhsulları kombinatı, şərab zavodu, soyuducu kameralar, un istehsalı zavodu mövcudur.
  • 2019-cu ildə rayonun əsas göstəriciləri aşağıdakı kimidir: rayonda məhsul buraxılışının və xidmətlərin həcmi 482 milyon 246,2 min manat təşkil etmişdir.  Kənd təsərrüfatında 220 milyon 49,4 min manat, sənayedə 16 milyon 880,1 min manat, ticarət və xidmət sahələrində 152 milyon 581,1 min manat, nəqliyyatda 9 milyon 906,1 min manat, rabitədə 1 milyon 458,4 min manat təşkil etmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlər həcmi 91 milyon 580 min manat olmaqla keçən ilə nisbətən 4,2 faiz artmışdır.
  • Rayonun bütün yaşayış məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur. Elektrik enerjisi istehlakçılarının hamısı sayğacla təchiz edilmişdir. Əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün rayon ərazisində  14 ədəd yarımstansiya, 1278 KTM və TM fəaliyyət göstərir. 30 KTM və TM-də  kabelləşmə işləri aparılmışdır.
  • Yaşayış məntəqələrinin 51,9%-zi və ev təsərrüfatlarının 87,6%-zi qazlaşdırılmışdır. Dövlət Proqramı çərçivəsində dağ kəndlərinin qazlaşması işləri aparılır.
  • Rayonun su təchizatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi dövlət büdcəsi hesabına həyata keçirilmişdir. Layihə çərçivəsində ümumi tutumu 5 min kubmetr 2 ədəd su anbarının, 223,4 km paylayıcı su şəbəkəsinin inşası, şəhər ərazisində 206,5 km uzunluğunda kanalizasiya şəbəkəsinin yaradılması, 10,6 km kanalizasiya kollektoru tikilib istifadəyə verilmişdir şəhərin su təchizatında dayanıqlığın təmini məqsədilə əlavə olaraq 26 km uzunluğunda magistral su kəməri tikilmişdir. 
  • Hazırda  Tovuz Telekommunikasiya qovşağı üzrə  EATS-in ümumi tutumu 17078, əhalinin istifadəsində olan nömrələrin sayı 16660 ədədə çatmışdır.  EATS-lərdə ümumi tutumu 12276 port olan  genişzolaqlı  internet xidməti (ADSL) quraşdırılaraq rayon üzrə ADSL istifadəçilərinin sayı 10466 nəfərə çatdırılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
  • Rayon ərazisində 365 km yol şəbəkəsi vardır ki, onlardan 37 km-i Respublika əhəmiyyətli, 328 km-i isə yerli əhəmiyyətli yollardır. Yaşayış məntəqələrinin 96,1%-i əhatə edən 8 avtomobil yolu yenidən qurulmuşdur. Yerli yollarda cari təmir işləri aparılmışdır. Rayon ərazisindən keçən Bakı-Qazax avtomagistralının  və  Bakı-Tiblisi dəmir yolu xəttinin  28 km-i Tovuz rayonunun ərazisinə düşür.
  • Rayon ərazisindən Bakı-Qazax dəmiryolu xətti və magistral İpək yolu keçir. Hər iki yolun uzunluğu 37 kilometrdir.
  • Gələcəkdə rayonda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi  nəzərdə tutulur ki, bunlar aşağıdakılardır:

1. Rayonun bütün yaşayış məntəqələrinin içməli su, təbii qaz və elektrik enerjisi təchizatının yaxşılaşdırılması.

2. Qəzalı vəziyyətdə olan 9 məktəbin, 18 körpələr evi-uşaq bağçasının tikintisinə, 11 tam orta məktəbin, 15 körpələr evi-uşaq bağçasının əsaslı təmiri. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri  üçün çoxmənzilli yaşayış binalarının, aztəminatlı ailələr üçün sosial evlərin tikintisi.

3. 20 ikimərtəbəli binanın dam örtüyünün dəyişdirilməsi, fasad və giriş hissələrinin və pilləkən qəfəslərinin əsaslı təmiri, məhəllələrinin abadlaşdırılması, Tovuz şəhərinin ərazisində 15 küçədə hasarlara dekorativ üzlüklərin vurulması, 20820 kv.m piyada səkilərin salınması, 358 ədəd işıq dirəyinin quraşdırılması. 

4. Kəndlərarası 74,9 km avtomobil yolunun asfaltlanması, Aşıq Əkbər Cəfərov adına rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir olunması, yaşayış məntəqələrində telefon və internet xidmətində mövcud problemlərin aradan qaldırılması, əhalinin sosial problemlərinin həlli istiqamətində  digər təxirəsalınmaz tədbirlərin  həyata keçirilməsi nəzərdə tutulmuşdur.  

 

Keçidlər