Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirik

07 mart 2021 | 16:00

Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, xöşbəxtlik və ailə səadəti arzulayırıq.

Azərbaycan qadınları həyatımızın bütün sahələrində fəal iştirak edirlər. Fərəhli haldır ki, tovuzlu qadınlar da bu sıradadır. Qadınlarımız həmişə rayonumuzun sosial-iqtisadi inkişafına, milli mənəvi dəyərlərimizin qorunmasına əvvəzsiz töhfələr vermişlər və bu gün də ictimai həyatımızda önəmli rol oynayırlar.

Biz bu il qadınlar bayramını Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu bir tarixi şəraitdə qeyd edirik. Böyük Qələbənin əldə olunmasında Azərbaycan qadınının boya-başa çatdırdığı əsgər və zabitlərin Qəhrəmanlığı, şücayəti əbədi yaşayacaqdır.

Şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin anaları qarşısında baş əyir və onlara ən xoş arzularımızı çatdırırıq.

Bundan sonra da qadınlarımızın cəmiyyətimizin inkişafına ləyaqətlə xidmət edəcəklərinə tam əminik və bu yolda Sizlərə uğurlar arzulayırıq.

Keçidlər