Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə prosesi davam etdirilir

20 fevral 2021 | 01:17

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tovuz rayonunda vaksinasiya prosesi davam etdirilir. Yaş qruplarının növbəliyi nəzərə alınmaqla vətəndaşlar 2021-ci il fevral ayının 5-dən başlayaraq https://randevu.its.gov.az/ adresinə daxil olub randevu alırlar.

Təhlükəsizliyinə və effektivliyinə görə seçilən “CoronaVac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə - səhiyyə işçilərinə, yaşı 65-dən yuxarı olan şəxslərə və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb edilmiş heyətə könüllülük əsasında vurulur. Vaksinləşmə Tovuz rayon Diaqnostika və Hemodializ Mərkəzində təcrübəli mütəxəssislər tərəfindən aparılır.

Bu günə kimi rayon sakinləri arasında 1031 nəfər səhiyyə işçiləri, 710 nəfər 65 yaşdan yuxarı, 45 nəfər 50 yaşdan 65 yaşadək şəxslər cəmi 1786 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd edilmişdir.

Vaksinləşmə prosesi uğurla davam etdirilir.

Keçidlər