Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Turan Tovuz” Futbol Akademiyasının açılışı olmuşdur

17 yanvar 2021 | 10:10

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva respublikada idmanın maddi-texniki bazasının daha da yaxşılaşdırılmasına və gənc nəslin hərtərəfli inkişafına böyük diqqət və qayğı göstərirlər. Bütün bunların nəticəsində Azərbaycanda davamlı olaraq olimpiya idman kompleksləri, beynəlxalq yarışların keçirildiyi böyük stadionlar və idman arenaları, digər idman qurğuları tikilib istifadəyə verilir.

Bu tədbirlərin davamı olaraq AFFA-nın İcraiyyə Komitəsinin 4 mart 2019-cu il tarixində keçirilən iclasında Tovuz rayonunda, “Turan Tovuz” klubunun nəzdində Futbol Akademiyasının təsis edilməsi və inşa olunması qərara alınıb. Qısa müddətdə  FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunan Akademiyanın tikintisi başa çatdırılıb.

Bu gün Tovuz rayonunda “Turan Tovuz” klubunun nəzdində futbol akademiyasının açılış mərasimi keçirilib. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AFFA rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tovuz rayonu üçün ənənəvi olan futbolun inkişafına göstərilən qayğıya və burada Futbol Akademiyasının açılmasına şərait yaradan AFFA rəhbərliyinə minnətdarlıq ifadə olunmuş və bunun bölgədə futbolun inkişafına sanballı töhfə verəcəyi qeyd olunmuşdur.

Akademiyanın ərazisində inzibati binalar, eyni zamanda dörd futbol meydançası tikilmiş və sair işlər görülmüşdür:

AKADEMİYA
•      Akademiya otaqları: 11 otaq - 70 nəfərlik
•      Əsas komanda üçün otaqlar: 16 otaq - 30 nəfərlik
•      2 restoran, 2 mətbəx
•      Fitnes, sauna, paltardəyişmə otağı
•      Həkim otağı
•      İclas otağı
•      11 nəfərlik ofis otağı
•      Çamaşırxana
•      Texniki və xidməti otaqlar
•      4 mini meydança (1 ədədi qapalı)
(bütün otaqlar zəruri müvafiq avadanlıqlarla təchiz olunub)

STADİON
•      4 paltardəyişmə otağı
•      Mətbuat konfransı otağı
•      Media iş otağı
•      Tibb otağı
•      Dopinq-nəzarət otağı
•      Nümayəndə otağı
•      Hakim otağı
•      2 Sky-Box
•      Texniki otaqlar
(bütün otaqlar zəruri müvafiq avadanlıqlarla təchiz olunub)

TEXNİKİ
•      Yarımstansiya
•      Qazanxana
•      Nasosxana
•      Su rezervuarları
•      Mərkəzi havalandırma

 

Keçidlər