Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri ehtiramla anılır

03 dekabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin şəhidlərimizə və şəhid ailələrinə göstərdiyi böyük diqqət və qayğıya uyğun olaraq şəhidlərimiz və şəhid ailələri əbədi ziyarət ünvanına çevirilməkdədir. 
Bu gün rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Dondar Quşçu və Düz Qırıqlı kəndlərində Vətən Müharibəsi şəhidləri Göycəyev Hüseyn Həbib oğlu və Əliyev Asim Nuru oğlunun ailələrinə baş çəkmiş, onların qayğıları ilə maraqlanmışdır.
Sonra M.Məmmədov şəhid valideyinləri ilə birlikdə şəhidlərin qəbrüstü abidələrini ziyarət etmiş və abidələri önünə gül dəstələri qoymuşdur.

Keçidlər