Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Futbol Akademiyasında tikinti-quraşdırma işləri yekunlaşır

30 noyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva respublikada idmanın maddi-texniki bazasının daha da yaxşılaşdırılmasına və gənc nəslin hərtərəfli inkişafına böyük diqqət və qayğı göstərirlər. Bütün bunların nəticəsində Azərbaycanda yeni olimpiya idman kompleksləri, beynəlxalq yarışların keçirildiyi böyük stadion və idman arenaları, digər idman qurğuları istifadəyə verilir.

Zəngin futbol ənənələri olan rayonda Tovuz Futbol Akademiyasının yaradılmasının Tovuzlular və rayon ictimaiyyəti, idmansevərləri böyük razılıqla qarşılamışlar. Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov AFFA tərəfindən inşa olunan Tovuz Futbol Akademiyasında olarkən məlumat verilmişdir ki, müasir standartlar və tələblər səviyyəsində yaradılan həmin obyektdə bir il ərzində böyük həcmdə tikinti-quraşdırma işləri həyata keçirilmişdir. Akademiya üçün mini stadion tikilmiş, eyni zamanda futbol akademiyasında yeni idman qurğuları, təlim-məşq meydançaları və otaqları yaradılmışdır. Kiçik yaşlı futbolçuların hər cür hava şəraitində idman məşğələləri və məşqlər keçirilməsi üçün nəzərdə tutulan açıq və örtülü mini stadionun da tikintisi başa çatmışdır.

Tovuzdakı yeni yaradılan sosial obyekt olan Tovuz Futbol Akademiyası ətrafında abadlıq işləri görülərək istirahət zonası təşkil etmək üçün işlər davam etdirilir.

Keçidlər