Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirmişdir

25 fevral 2015 | 16:00

Tovuz Rayon Mədəniyyət Evində Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilmişdir. YAP rayon təşkilatının üzvləri konfransdan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Konfransda rayon icra hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov, YAP rayon təşkilatının sədri Məzahir Bayramov, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, “Səs” qəzetinin redaktoru Bəhruz Quliyev çıxış edərək, Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin fəaliyyətindən danışıblar.
Sonra YAP rayon təşkilatı Gənclər Birliyinin hesabatı dinlənilib. Diqqətə çatdırılıb ki, rayon təşkilatının sıralarında 2 minədək gənc var. Təkcə ötən il partiyaya qəbul olunan 338 nəfərdən 162-si gənclər olub. Ötənilki bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilən 245 partiya üzvündən 99-nu gənclər təşkil edir və onlardan 9 nəfəri bələdiyyə sədri vəzifəsinə seçilib. Qeyd olunub ki, gənclər cari ildə keçiriləcək parlament seçkilərində də YAP namizədlərinin qələbəsi üçün təbliğat və təşviqat kampaniyalarında fəal iştirak edəcəklər.
Sonra YAP Gənclər Biriliyi Tovuz rayon təşkilatının yeni şura üzvləri, idarə heyyətinin tərkibi, YAP Gənclər Biriliyi Tovuz rayon təşkilatının sədr və müavinləri  və həmçinin  YAP Gənclər Birliyinin Respublika Konfransına nümayəndələr seçilmişdir.

Keçidlər