Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzun Koxanəbi kəndinə asfalt yol çəkilir

26 sentyabr 2020 | 16:00

Təşəbbüsünün və müəllifinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası çərçivəsində Azərbaycanın digər yerlərində olduğu kimi Tovuz rayonunda da böyük layihələr həyata keçirilir və yol infrastrukturunun yenidən qurulmasına başlıca diqqət yetirilir.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Koxanəbi kəndində olmuşdur. Sakinlərlə görüş zamanı xüsusi vurğulamışdır ki, dördüncü Dövlət Proqramının yerinə yetirilməsi nəticəsində Tovuz rayonunda digər sahələrlə yanaşı 1 şəhər və 4 kəndi əhatə edən ümumi uzunluğu 36 km olan Əyyublu-Aran-Koxanəbi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

Görüşdə Koxanəbi kəndinin sakinləri tarixən heç vaxt belə rahat yola malik olmadıqlarını qeyd edərək belə müasir asfalt yol çəkildiyinə və kənddə yaşayan insanların sosial qayğılarını ardıcıl həll etdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər