Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Azərbaycan Ordusunun yaranmasının 96 illiyi təntənə ilə qeyd edilmişdir

22 iyun 2014 | 15:00

İyunun 21-də Silahlı Qüvvələr Günü münasibətilə Tovuz şəhərinin mərkəzindəki Heydər Əliyev meydanında tədbir keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər. Mərasim “N” saylı hərbi hissənin əsgər və zabitlərinin paradı ilə başlamışdır. Sonra rayon icra hakimiyyətinin başçısı  cənab Tofiq Zeynalov, “N” saylı hərbi hissənin komandiri polkovnik Mayis Barxudarov 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını və şəxsi heyəti təbrik etmiş, ulu öndər Heydər Əliyevin milli ordumuzun formalaşması, Silahlı Qüvvələrimizin gücləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərindən söhbət açmışlar. Çıxış edənlər Prezident İlham Əliyevin ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsinə göstərdiyi diqqət və qayğını, ordu ilə xalqın birliyini xatırlatmış, Azərbaycan Ordusunun bugünkü nailiyyətləri ilə xalqımızın qürur hissi keçirdiyini vurğulamışlar. Sonda “N” saylı hərbi hissənin kəşfiyyatçı qrupu və mülki müdafiə qrupu nümunəvi çıxışlar etmişlər. Tədbir Gəncə Hərbi Qarnizonun zabitlər evinin musiqi kollektivinin təşkil etdiyi bayram konserti ilə davam etdirilmişdir. Bayram konsertində hərbi ansamblın ifasında Vətənə və dövlətə sədaqət, hərbi xidmət barədə mahnılar ifa edilmiş, gənc əsgərlərin ifasında şən mahnılar səsləndirilmişdir. Tədbir atəşfəşanlıqla yekunlaşmışdır.

Keçidlər