Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda 2014-cü ilin birinci rübünün yekunlarına hərs olunmuş geniş Şura iclası keçirilmişdir

19 aprel 2014 | 15:00

Aprelin 18-də Tovuz Rayon İcra Hakimiyyətində cari ilin üç ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş şura iclası keçirilmişdir.
Iclasda hesabat dövrünə aid geniş məruzə dinlənilmiş, birinci rübün rayon üçün uğurlu olduğu diqqətə çatdırılmışdır.
  Rayonun sosial iqtisadi inkişafı,  əhalinin rifah halının yüksəldilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən  tədbirlər qətiyyətlə davam etdirilmişdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,7, süd istehsalı 1,1, yumurta istehsalı 1,9 faiz artmış, iribuynuzlu mal-qaranın sayı 45960 başa, ana heyvanların sayı 17858 başa, qoyun və keçilərin sayı 247 min 562 başa çatmışdır.
Bitkiçilik məhsullarının əkin sahələri xeyli genişləndirilmiş, əvvəlki illə müqayisədə kartof əkini 9,5 faiz artaraq 4617, tərəvəz əkini sahəsi 22,9 faiz artaraq 719 hektara çatmışdır.
Bu mövsümdə 20 hektar sahədə yeni üzümlüklər salınmış, üzüm bağlarının sahəsi 620 hektara çatdırılmışdır. Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-iriqasiya işləri davam etdirilmişdir.
Bu il Tovuzçay su anbarının tikintisinin başa çatdırılması, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 14 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.
Qeyd olunmuşdur ki, yenidənqurma işləri Tovuz şəhərinin Heydər Əliyev prospektində və İ.Mürşüdov küçəsində başa çatmaqda, Qovlar şəhərində Şəhriyar küçəsindəki parkda isə davam etməkdədir.
Hesabat dövründə Tovuz şəhərində “Ekspressbank”ın Tovuz filialının, Qovlar şəhərində “Gənclər evi”nin, Nizami adına mədəniyyət evinin, Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin və Papaqçılar kəndində 180 şagird yerlik tam orta məktəbin tikintisi davam etdirilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulduğu kimi, 220 şagird yerlik Şamlıq, 180 şagird yerlik Çeşməli, 80 şagird yerlik Muncuqlu, 80 şagird yerlik Qaradaş və 80 şagird yerlik Qalaboyun kənd tam orta məktəblərinin tikintisinə başlanılmışdır. Həmin məktəblərin cari ildə istifadəyə veriləcəyi gözlənilir. Rüb ərzində rayon ərazisində 20 hektar sahədə meşəlik salınmış, Tovuz çayının sağ sahilində, Tovuz-Ağdam yolunun kənarında və Qovlar şəhərində ağacəkmə aksiyaları keçirilmiş, 10 minədək müxtəlif növ ağaclar əkilmişdir.
Diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tovuz rayonunda bu il hər biri 100 yerlik üç uşaq tərbiyə müəssisəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulur.
Hesabat məruzəsində cari ilin üç ayında rayonun bütün sahələrində görülən işlər və qarşıda duran vəzifələr geniş təhlil edilmişdir.

Keçidlər