Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda koronavirusla mübarizə ilə bağlı dezinfeksiya və maarifləndirmə tədbirləri davam etdirilir

31 mart 2020 | 16:00

Xüsusi karantin rejimi şəraitində Tovuz rayonu ərazisində  gündəlik olaraq təmizlik və dezinfeksiya işləri davam etdirilir. Eyni zamanda 15 min nəfərdən artıq əhalinin yaşadığı Qovlar şəhərində də bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. Şəhərin küçələrində, avtomobil yollarında və dayanacaqlarda, səkilərdə, parklarda, sahibkar obyektlərində gündəlik təmizləmə işləri görülür və mütəmadi olaraq dezinfeksiya aparılır. 

Rayon ərazisində fəaliyyətinə icazə verilmiş ticarət və xidmət obyektlərində, apteklərdə, bankomatların yerləşdiyi ərazilərdə, kənd təsərrüfatı məhsullarının satışının təşkil olunduğu yerlərdə sanitar-gigiyena normalarına riayət olunmasına diqqət yetirilir. Əhalinin epidemiyaya yoluxmasının qarşısının alınması üçün ictimai yerlərdə istifadə olunan bütün əşiyalar, qurğular təmizlənir və dezinfeksiya olunur.

İş prosesində təmizlik işlərinin qaydaları barədə sakinlərə lazımi metodiki tövsiyələr verilir.

 

 

 

 

Keçidlər