Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Mülkülü kəndində səyyar qəbul-görüş keçirilmişdir

23 yanvar 2019 | 16:00

Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən, 11 yanvar 2019-cu il tarixdə Nazirlər Kabinetinin iclasında cənab Prezidentin qarşıya qoyduğu hədəflərdən danışmış, rayonda aparılan tikinti quruculuq və abadlıq işləri, kənd təsərrüfatının inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi barədə geniş məlumat vermişdir.

  Aşağı Mülkülü kəndinin sosial-iqtisadi inkişafı haqqında fikirlərini bölüşən rayon rəhbəri vətəndaşlardan onları maraqlandıran məsələlər barədə sərbəst və açıq şəkildə müraciət etməyi xahiş etmişdir.
  Görüşdə iştirak edən kənd sakinləri Rasim Tağıyev, Kəmaləddin Məmmədov, Şəfayət Tağıyeva, Rüstəm Qasımov, Püstə İbrahimova, Gülnarə Cəfərova, Nəzakət Tağıyeva və başqaları regionların  sosial-iqtisadi inkişafına, o cümlədən Tovuz rayonuna göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə  minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər onları narahat edən bir sıra məsələləri də dilə gətirmişlər. Belə ki, kənddaxili mərkəzi  yolun  asfaltlanması, suvarma və içməli su təhcizatının yaxşılaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, kəndin yeni yaşayış massivində evlərinin qazlaşdırılması, körpələr evi-uşaq bağçasının açılması  təklif olunmuşdur.Vətəndaşlardan bir neçəsi məişət problemlərinin həllinə kömək göstərilməsi ilə bağlı müraciətlər etmişlər. 
  Bütün müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmiş, bəzi tapşırıqların icrası nəzarətə götürülmüşdür.

 


 

 

Keçidlər