Şriftin ölçüsü :

Saytın rəngi :

Düz Cırdaxan kəndində hesabat yığıncağı keçirilmişdir

22 yanvar 2019 | 16:00

Düz Cırdaxan kəndində 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov, ərazidə yaşayan əhalinin bir qrupu və xidmət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Hesabat məruzəsi ilə RİH başçısının Düz Cırdaxan kənd İƏD üzrə nümayəndəsi Akif Mehdiyev çıxış etmişdir.
Hesabat məruzəsində 2018-ci ilin müasir Azərbaycan tarixinə  daha bir uğurlu il kimi daxil olduğu, Prezident İlham Əliyevin rəhəbrliyi ilə ölkə qarşısında duran bütün vəzifələrin uğurla icra edildiyi, ölkəmizin dinamik inkişafı  təmin olunduğu, bununla həmahəng olaraq Tovuz rayonunda da davamlı quruculuq işlərinin aparıldığı, bir sıra infrastruktur layihələrinin müvəffəqiyyətlə icra olunduğu qeyd olunmuşdur.
Bildirilmişdir ki, 2018-ci ildə Düz Cırdaxan kəndi ərazisindəki  8 ədəd çoxmənzilli  yaşayış binaları əsaslı təmir olunmuş, binaların həyətinə 2400 kv metr asfalt döşənmiş, 4 binanın kanalizasiya xətti yenilənmişdir.
Düz Cırdaxan kəndində 785 təsərrüfat olmaqla 3000 nəfər əhali yaşayır. Kəndin ərazisi 849,1 ha təşkil edir ki, ondan 167 ha həyətyanı, 231 ha pay torpaqları, 262 ha örüş sahəsi, 193 ha  isə yollar,  meşə,  su kanalı və sair ictimai tikililər altında olan torpaqlardır. Kənddə sahibkarlığın inkişafı və yeni iş yerlərinin  yaradılması daim dəsdəklənmişdir. Ötən il kənddə 2 sahibkarlıq obyekti və “Azərxalça” ASC-nin Tovuz rayon filialı açılıb istifadəyə verilmişdir ki, həmin müəsisədə 173 daimi iş yeri açılmışdır.
Bu gün cənab Prezidentin rəhbərliyi ilə qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər,  kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri mator və sürtgü yağlarına görə 50-90 manat həcmində, yeni doğulmuş hər bir cins buzov üçün 100 manat, hər bir arı ailəsi üçün 10 manat subsidyanın verilməsi, “Aqrolizinq” ASC tərəfindən kənd təsərrüfatı texnikalarının və xaricdən gətirilmiş damazlıq cins heyvanların 50% güzəştlə lizinq yolu ilə, mineral gübrələrin 70% güzəştlə verilməsi  kənddə kənd təsərrüfatı məhsulları istehsalının artmasına zəmin yaratmışdır.
Qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində bu il nümayəndəliyin ərazisində xeyli işlər görülmüşdür . Belə ki, “Şəki-İpək” ASC-dən 80 qram barama qurdu göturülərək kəndə yetişdirilmiş, 196 kq yaş barama, 1,5 ha sahədə 1993 kq quru tütün istehsal olunmuşdur.
Kənddə 2018-ci ilin məhsulu üçün 170 ha taxıl, 25 ha kartof, 12 ha qarğıdalı 10 ha tərəvəz əkilmiş, 93 ha köhnə və təzə səpilmiş yonca sahəsı vardır.
01 yanvar 2019-cu il tarixə iribuynuzlu mal-qaranın  sayı  468 baş, xırda buynuzlu davarların  sayı 2710 baş, quşların sayı  5600 baş, arı ailələrinin sayı artaraq 200  ədəd olmuşdur.  Hesabat ilində iki nəfər sakinimiz  50% güzəştlə “Aqrolizinq” ASC-dən lizinq yolu ilə iki baş Simmental cinsindən olan damazlıq  heyvanlar almışdır. Özünü məşğulluq praqramı  çərçivəsində   kənddə hər birinə 3 baş olmaqla 7 ailəyə 21 baş iribuynuzlu malqara verilmişdir. Kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından sakinlər çox məmnundur. 
Kənd sakinləri Laləzar bayramova, Kəmalə Nəsirova, Bakir Hüseynov, İsmayıl Əsədov çıxış edərək onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə etmiş, növbəti mərhələdə Düz Cırdaxan kəndinin  sosial-iqtisadi inkişafı ilə bağlı öz təkliflərini səsləndirmiş, fikirlərini söyləmişlər. Hesabat yığıncağında Düz Cırdaxan kənd məktəbinin yeni binasının tikintisi, körpələr evi-uşaq bağçasının şəbəkəsinin genişləndirilməsi, içməli su təchizatının yaxşılaşdırılması, “Ağdağ” adlanan örüş sahəsində mal-qara üçün su mənbəyinin yaradılması, çoxmənzilli yaşayış binalarının həyətlərinin asfaltlaşma işinin davam etdirilməsi və başqa təkliflər irəli sürülmüşdür.

Hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış etmişdir.
Qeyd etmişdir ki, keçən il Azərbaycan tarixində uğurlu bir il kimi artıq tarixə qovuşmuşdur. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar həyata keçirildi. Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı davam etdi, bir çox mühüm infrastruktur layihələri uğurla icra olundu. Xüsusilə nəqliyyat və neft-qaz sektorunda tarixi nailiyyətlərə imza atıldı.  Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması, TANAP qaz kəmərinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin rəsmi açılışının olması, "Azerspace-2" peykinin orbitə çıxarılması, Türkiyədə “Star” neft emalı zavodunun istifadəyə verilməsi çox uğurlu işlərimizdəndir. Nüfuzlu beynəlxalq reytinq agentlikləri də ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində əldə etdiyi uğurları yüksək qiymətləndirirlər. Dünya Bankının hesabatına görə Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilib.
Bu il yanvar ayının 11-də keçirilmiş Nazirlər Kabinetinin iclasında cənab Prezidentimiz keşən il ölkəmizdə görülən işləri çox geniş şərh etdi və ölkə ictimaiyyətinin diddətinə çatdırdı. İclasda cənab Prezidentin iqtisadi inkişafımızla bağlı  səsləndirdiyi rəqəmləri diqqətinizə çatdırmaq istəyirəm. Keçən il Azərbaycanda iqtisadi artım 1,4 faiz olmuşdur. Qeyri-neft sektorunun inkişafı 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb.
İnflyasiya cəmi 2,3 faizdir, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub. Bu sərmayənin      11 milyard manatdan çoxu qeyri-neft sektoruna qoyulan sərmayədir.
Valyuta ehtiyatlarımız 3 milyard dollar artmış və hazırda 45 milyard dollara bərabərdir.
Keçən il 118 min daimi iş yeri yaradılmışdır. İxracımız 36 faiz artaraq 19 milyard dollara çatıb. Xarici ticarət balansında müsbət saldo – yəni, ixracın idxalı üstələməsi 8,6 milyard dollar təşkil edir.  Keçən il ölkəmizə gələn turistlərin sayı 6 faiz artıb.
Ötən il sənaye potensialımız xeyli inkişaf edib. Sənayenin qeyri-neft sektorunda istehsal 9,1 faiz artıb. Sənaye zonalarının, sənaye məhəllələrinin, sənaye parklarının yaradılması geniş vüsət alıb. Xalçaçılıq sürətlə inkişaf etdirilir. 20 xalça fabriki istifadəyə verilmiş, bu il isə  11 fabrikin tikilib istifadəyə verilməsi gözlənilir.
Aqrar sahənin inkişafını təhlil edən cənab Prezident  ötən il kənd təsərrüfatını  stimullaşdırmaq üçün  böyük işlər görüldüyünü , iri həcimli meliorativ tədbirlər aparıldığını,  infrastuktur layihələrinin həyata keçirildiyini və kənd təsərrüfatının 4,6 faiz artdığını qeyd etmişdir.
Hər zaman olduğu kimi keçən il də sosial obyektlərin tikintisinə önəm verilib. Ölkədə 140 məktəb tikilib, bir çox səhiyyə obyektləri açılıb. Cənab Prezident bildirmişdir ki, qəzalı vəziyyətdə olan məktəblərin tikintisi iki ilə başa çatdırılacaqdır. Bu il 100-dən çox məktəb binasının tikintisi, 10-a yaxın mərkəzi rayon xəstəxanasının, üç Olimpiya İdman Kompleksinin, beş “ASAN xidmət” mərkəzinin, Bakı şəhərində “DOST” mərkəzlərinin istifadəyə verilməsi və 1000 kilometr yeni yol salınması nəzədə tutulur.
Cənab Prezident çıxışında  idarəetmədə yeni yanaşmanın tətbiq olunması zərurətini xüsusi vurğulayıb. Hazırda bu istiqamətdə zəruri işlər aparılır.
Azərbaycanın bu günkü inkişafı Prezident İlham Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Aprelin 11-də ölkədə keçirilən Prezident seçkiləri zamanı Azərbaycan seçicilərinin böyük əksəriyyətinin cənab İlham Əliyevin lehinə səs verməsi bu reallığın bariz ifadəsi oldu.  Bu, Azərbaycan xalqının Heydər Əliyev siyasətinə və Prezident İlham Əliyevin şəxsiyyətinə, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə yüksək inam və etimadının bariz təzahürü idi.
Cənab Prezidentin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır. Bu istiqamətdə Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın fəaliyyəti də insanlarımızda məmnunluq doğurur. 
2018-ci il rayonumuz üçün də yaddaqalan olmuşdur. Rayonda tikinti-abadlıq və quruculuq işləri sürətlə davam etdirilmişdir. Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolu çəkilmiş, Tovuz və Qovlar şəhərlərində küçələr abadlaşdırılmış, 5 kənddə içməli su layihəsi icra olunmuş, Tovuz şəhərinin yeni içməli su təchizatı layihəsinin icrası başa çatmaq üzrədir. 
Bu il Ağbulaq kənd orta məktəbinin yeni binası istifadəyə verilmişdir.  6 kənddə modul tipli məktəblərin quraşdırılması işləri davam etdirilir. Alakol kəndində 624 şagird yerlik yeni məktəb binasının, Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi aparılır.
Tovuz şəhərində “Tarix Diyarşunaslıq Muzeyi” və “Bayraq Muzeyi”nin tikintisində işlər əsasən başa çatmışdır. Region əhalisinə xidmət göstərəcək “ASAN xidmət” mərkəzinin tikintisində işlər sürətlə  davam etdirilir. Tovuz Aqroparkının tikintisi başa çatmaq üzrədir. Sizin kəndinizin ərazisində Xalçaçılıq müəsissəsi fəaliyyətə başlamışdır. Hunanlar və Əhmədabad kəndlərinə təbii qaz verilmişdir. Bütün bunlar möhtərəm Prezidentimizin tovuzlulara böyük qayğısıdır, əvəzsiz töfələridir.
Rayonda qeyri-neft sektorunun inkişafı sahəsində uğurlu nəticələrə nail olunmuşdur. Kənd təsərrüfatının əsas göstəriciləri üzrə irəliləyişlər əldə edilmişdir. Bütövlükdə rayon iqtisadiyyatına 18 milyon manatdan çox özəl sərmayə qoyulmuşdur. Kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafına diqqət yetirilir. Keçən il 9880 kq barama, 53 tondan çox quru tütün istehsal  etmişik. Sizin kəndin ərazisində 3 min ədəd Çin Xalq Respublikasından gətirilmiş tut tingləri əkilmişdir. Biz baramaçılığın yem bazasını möhkəmləndirməklə barama istehsalını 20 tona çatdırmaq fikirindəyik.
2019-cu ildə də rayonunun sürətli sosial-iqtisadi inkişafı və insanlarımızın rifahı naminə həyata keçirilən tədbirlər davam etdiriləcəkdir. Düz Cırdaxan kəndinin  sosial məsələləri ilə bağlı hesabat məruzəsində və çıxışlarda ətraflı danışıldı. Yenidən həmin məsələlərə qayıtmağı lazım bilmirəm.
Mən bundan əvvəl də burada səyyar qəbul-görüş keçirmişəm. Kənddə görülən işlər və qarşıda duran məsələlərlə tanışam. Düz Cırdaxan və Cəlilli kəndləri əslində Tovuz rayonunun qərb qapısı hesab olunur. Ona görə də burada həmişə səliqə-səhman qorunub saxlanmalı, yaşıllıqlar salınmalı, yol kənarlarında təmizlik olmalıdır. Kənd ərazisində fəaliyyət göstərən sahibkar obyektləri müasir tələblərə uyğun qurulmalıdır. Onu da diqqətinizə çatdırıram ki, dövlətimizin yaratdığı sağlam biznes mühitinə görə sizin kəndin ərazisində çoxlu sayda sahibkar obyektləri açılmışdır. Bu günlərdə isə daha bir idman sağlamlıq mərkəzinin açılması nəzərdə tutulur.
Hesab edirəm ki, biz sizlərlə birlikdə bundan sonra da həm rayonumuzun, həm də Düz Cırdaxan kəndinin sosial-iqtisadi inkişafı və abadlaşdırılması, insanlarımızın həyat tərzinin yaxşılaşdırılması istiqamətində çox işlər görəcəyik. Burada səslənən təkliflərin və tənqidi qeydlərin hamısı təhlil olunacaq və imkan daxilində həllinə kömək göstəriləcəkdir.
Hesabat yığıncağında müvafiq qərar layihəsi səsə qoyularaq qəbul edilmişdir.

 

Keçidlər