Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Düz Cırdaxan kənd sakinləri ilə görüş keçirib

07 noyabr 2018 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Düz Cırdaxan kəndində  sakinlərlə növbəti səyyar qəbul-görüş keçirmişdir. Səyyar qəbul-görüşdə kənd sakinləri, ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri iştirak etmişlər.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmış, yerlərdə səyyar qəbul-görüşlərin keçirilməsinin məqsədini açıqlamış, vətəndaş-məmur münasibətlərindən danışmışdır.
Qəbulda təklif və tənqidi qeydlər səsləndirən kənd sakinləri onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə etmiş, ərazidən keçən magistral yolda piyada keçid nişanının quraşdırılması, şəhid ailələri üçün ayrılmış sosial sığorta haqqının ödənilməsinə kömək göstərilməsi, kənd tam orta məktəbinin tikintisi, kənddə körpələr evi-uşaq bağçasınında əlavə bir qrupun açılması, kəndin içməli su kəmərində təmir-bərpa işlərinin aparılması, həyətyanı torpaq sahəsinin ayrılması, yerli icra nümayəndəsinin və bələdiyyənin fəaliyyəti, işə qəbul və şəxsi məsələlərə dair müraciətlər etmişlər.
Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov qəbul zamanı vətəndaşlar tərəfindən qaldırlan məsələlərin bəzilərinin həlli üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, bir neçə müraciətlərlə bağlı vətəndaşlara qanunamüvafiq izahatlar verilmişdir.

Keçidlər