Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib

06 may 2022 | 16:00

Tovuz şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə  konfrans keçirilib.

Konfransda Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən “Şəxsiyyət” filmi nümayiş etdirilib.

Konfransı giriş sözü ilə açan Məmməd Məmmədov Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daim böyük hörmət və sonsuz minnətdarlıq hissləri ilə anıldığını bildirib və Allahdan ona rəhmət diləyib. Ümummilli Liderin həyatını canından çox sevdiyi Azərbaycanın rifahına və davamlı inkişafına həsr etdiyini qeyd edən M. Məmmədov, hakimiyyətdə olduğu hər iki dövrdə Ulu Öndərin milli maraqlara əsaslanan uğurlu inkişaf strategiyasından və misilsiz xidmətlərindən bəhs edib.

Sonra YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimovun “Heydər Əliyev  müstəqil Azərbaycanın qurucusudur”, İcra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Svetlana Verdiyevanın “Heydər Əliyev hüquqi və demokratik dəyərlərin yaradıcısıdır”, Təhsil şöbəsinin müdiri Elmira Mürşüdlünün “Heydər Əliyev və Azərbaycan təhsili”, YAP veteranı Sahib  Quliyevin “Heydər Əliyev – Əbədiyaşar Lider”, N. Tusi adına məktəb-liseyin tarix müəllimi Hikmət Quliyevin “Heydər Əliyev və Milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzələri dinlənilib.

Yekunda M. Məmmədov müasir dövrdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin Heydər Əliyev siyasətinin təntənəsi olduğunu vurğulayıb, müasir dövrün reallıqlarına uyğun yeni keyfiyyət müstəvisində Azərbaycan tarixinin şanlı və qürurlu səhifələrinin yazılmaqda davam etdiyini bildirib, Ulu Öndərin zəngin irsinin dərindən öyrənilməsinin və təbliğinin vacibliyini qeyd edib. Eyni zamanda bildirib ki, Heydər Əliyev ideyalarına sədaqətimizi öz əməli işlərimizlə nümayiş etdirmək hər birimizin borcudur.


 

Keçidlər