Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Heydərov Vasif Nazim oğlunun doğum günüdür

05 yanvar 2022 | 16:00

 

Milli Məclisin deputatı Arzu Nağıyev, Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, hərbiçilər şəhid Heydərov Vasif Nazim oğlunun doğum günündə məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyaraq ruhuna dualar oxuyublar.

Vasif Nazim oğlu Heydərov 1997-ci il yanvarın 5-də Tovuz rayonunun Aran kəndində anadan olub.  2003-2012-ci illərdə Aran kənd tam orta məktəbində, 2012-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.

Vasif Heydərov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Vasif Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vasif Heydərov oktyabrın 30-da Tovuz rayonunun Aran kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə leytenant Heydərov Vasif Nazim oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,     "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər