Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhid övladlarına yeni il hədiyyələri təqdim olunub

01 yanvar 2022 | 03:10

Tovuz rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Vətən müharibəsi şəhidlərinin övladları ziyarət olunub.

Tovuz RİH başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova Yeni ilin simvolları olan Şaxta baba və Qar qız ilə birlikdə şəhid övladlarını evlərində ziyarət edərək, onlara Şaxta babanın müxtəlif hədiyyələrini təqdim ediblər.

T.Bayramova şəhid ailələri ilə söhbət zamanı Vətən müharibəsinin xalqımızın şanlı tarixi olduğunu vurğulayaraq, şəhid övladlarına atalarının igidliklərinə görə qürur duymalı olduqlarını, Azərbaycan xalqının hər zaman onların qəhrəmanlıqlarını xatırlayacağını bildirib.

Şəhid ailələrinin üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edərək Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
 

Keçidlər