Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci dozadan 6 ay keçibsə, pasportunuz ləğv ediləcək

28 dekabr 2021 | 16:00

Operativ Qərargahın brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov qeyd edib ki “Tədqiqatlar göstərir ki, ikinci dozadan 4 ay sonra vaksinin qoruyuculuğu azalmağa başlayır. Buna görə də üçüncü, buster doza vurulmalıdır”. Fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən olunur: “İkinci dozadan 6 ay sonra pasport vaxtı keçmiş hesab olunur. Yəni ikinci dozadan 6 ay sonra vaxtı bitmiş pasportla müəyyən edilən yerlərə daxil olmaq mümkün olmayacaq. Bunun üçün də buster dozadan istifadə etmək tövsiyə olunur. Fevralın 15-dək bütün vaksin pasportları qüvvədədir. Kimdəsə ikinci dozadan sonra müddət 6 aya yaxınlaşırsa təcili olaraq üçüncü doza vurmağa çağırırıq".

Keçidlər