Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhidlərin əziz xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub

27 dekabr 2021 | 16:00

Tovuz rayonunun Cilovdarlı kəndində şəhidlərin xatirəsinə inşa edilən  bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, şəhidlərin döyüş yoldaşları, müharibə veteranları və kənd sakinləri iştirak ediblər.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək bulaq kompleksinin tikintisində əməyi olanlara minnətdarlıq etmişdir. O, şəhid ailələrinə səbr, qazilərimizə şəfa diləmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir.

Tədbirdə Qədirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Böyükkişiyev Elşən, Qədirli bələdiyyəsinin sədri Elşən İsmayılov, şəhid Amil Rzayevin əmisi oğlu Cümşüd Rzayev, Cilovdarlı kənd sakinləri - Əsəd Əsədov, Vilayət Həsənov, Şahvaz Əsədova çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləmiş, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə məktəblilər şəhidlərimizin xatirəsinə həsr olunan şeirlər səsləndiriblər.

Sonra tədbir iştirakçıları bulaq kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər. Vətən uğrunda canlarını qurban vermiş qəhrəmanların xatirəsi ehtiramla anılmışdır.

Allah Şəhidlərimizə rəhmət eləsin.

 


 

Keçidlər