Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində tarixi Qələbənin 72-ci ildönümü münasibətilə Tovuzdakı Qəhrəmanlar parkında təntənəli mərasim keçirilib

09 may 2017 | 16:00

Müharibə və əmək veteranları, rayon ictimaiyyətinin nümayəndələri parkda ucaldılmış “1941-1945” abidə kompleksinin önünə tər çiçəklər düzüb, müharibə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov mərasimdə çıxış edərək veteranları bayram münasibətilə təbrik edib. Bildirib ki, Böyük Vətən müharibəsində 7790 tovuzlu iştirak edib. Onların böyük əksəriyyəti müharibədə həlak olub. Tovuzlulardan Mərdan Musayev, Yusif Sadıqov və Məstan Əliyev “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, minlərlə döyüşçü orden və medallarla təltif olunub. Hazırda rayonda 21 veteran var.

Keçidlər