Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda tədbir keçirilib

24 noyabr 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov, DQİDK-nin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Tovuz rayon təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü, Dövlət Təhlükəsizlik Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşı, müəllimlər və gənclər iştirak ediblər.

Tədbir şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan olunmuşdur.

Çıxış edənlər – Rasim Tağıyev, Elmira Mürşüdlü, Gənclərin İnkişaf və Kareyera Mərkəzinin nümayəndələri Zülfiyyə Əliyeva və Eyyub Yaqubov ölkəmizdə aparılan dini siyasətdən bəhs etmiş, dinin siyasiləşdirilməsinin milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə təhdidlərindən danışmış, ölkəmizdə bu sahədə aparılan işlər barədə tədbir iştirakçılarını məlumatlandırmışlar.

Tədbirdə Niftalı Qasımov yekun söz olaraq bildirmişdir ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə digər sahələrdə olduğu kimi dini sahədə də sabitlik və əmin-amanlıq hökm sürür. Bizim hər birimizin borcu dövlətimizin və Prezidentimizin həyata keçirdiyi bu siyasətin dəstəkçisi olmaq, dini siyasiləşdirməyə çalışan dini təriqətlərlə mübarizə aparmaqdır. 

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər