Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

22 noyabr 2021 | 16:00

Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü olaraq təsis olunmuşdur.

Ədliyyə işçilərinin və hakimlərin mənəvi stimullarının artırılması məqsədilə təsis olunan peşə bayramı günü Tovuzda da qeyd olunub. Bu məqsədlə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz rayon Məhkəməsinin sədri Qafil Baxşıyev, ədliyyə işçiləri və hakimlər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, ruhunu dərin ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoymuşlar.

Məmməd Məmmədov ədliyyə işçilərini təbrik edərək ölkəmizin davamlı tərəqqisində və qanunun aliliyinin təmin olunması işlərində onlara uğurlar arzulamışdır.

Sonda xatirə şəkli çəkilmişdir.

Keçidlər