Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda YAP-ın yaradılmasının 29-cu ildönümünə həsr edilmiş tədbir keçirilmişdir

19 noyabr 2021 | 16:00

Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları öncə Ulu Öndərin mərkəzdəki büstü önünə gül dəstələri qoyaraq  ehtiramlarını bildirmişlər. Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra tədbir iştirakçıları Ümumilli liderimizin həyat və fəaliyyətindən bəhs edən “Şəxsiyyət” filminə baxmışlar. Tədbir YAP rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Məzahir Bayramovun “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda məruzəsi ilə davam etdirilmişdir. YAP-ın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərindən bəhs edən məruzəçi bildirmişdir ki, 29 illik zəngin və şərəfli inkişaf yolu keçmiş YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə etmişdir. Azərbaycanın bu günkü reallıqları keçdiyimiz 29 ilin ümumiləşdirilmiş ifadəsidir. Ötən müddət ərzində şərəfli yol keçən, bütün çətinliklərdən uğurla çıxan partiya qarşıdakı dövrdə daha əzəmətli hədəflər seçmiş və ona doğru inamla irəliləyir. Zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik olan, ömrünü və bütün fəaliyyətini öz xalqına və dövlətinə xidmətə həsr edən güclü liderin, Heydər Əliyevin ətrafında yaranmış YAP bu gün də onun ideyalarını uğurla davam etdirir, Prezident İlham Əliyevin sədrliyi ilə çox böyük qələbələrə və zəfərlərə imza atır.

Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, partiya veteranı Niftalı Qasımov, Mahir Ələkbərov adına Tovuz şəhər tam orta məkəbin müəllimi Firuzə Yahyayeva, Azaflı kənd tam orta məktəbinin direktoru Adil Əsgərov YAP-ın yaranmasından, əldə etdiyi tarixi nailiyyətlərdən, xalqımız və dövlətimiz üçün göstərdiyi xidmətlərdən bəhs etmişlər.

Yekunda Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tədbir iştirakçılarını YAP-ın 29-cu ildönümü münasibətilə təbrik etmiş və bildirmişdir ki, partiyamız yaradıldığı gündən üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirmişdir. Əldə olunan uğurlar təbii ki partiyamızın qurucusu və ilk sədri olmuş Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün isə partiyamızın rəhbəri, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bu siyasi kursu məharətlə davam etdirir. Ölkədə güclü quruculuq işləri sosial-iqtisadi islahatlar aparılır, ölkənin bütün sahələrinin inkişafı üçün əməli addımlar atılır. Vətən müharibəsində tarixi Zəfərimizdə də Yeni Azərbaycan Partiyasının mühüm rolu olmuşdur. Partiyamız fəaliyyəti ilə sübut edir ki həm dünənin, həm də bu günun partiyasıdır. Biz hər birimiz əminik ki, bu partiya Azərbaycanın güclü siyasi, iqtisadi inkişafı üçün təməlini qoyduğu hədəflərlə həm də gələcəyin partiyasıdır.

 

Keçidlər