Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən Müharibəsi Qəhrəmanı Orxan Cabbarovun doğum günüdür

17 oktyabr 2021 | 05:15

Torpaqlarımızın işğaldan azad olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda  2020-ci il sentyabr ayının 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində tarixi Qələbəmizin əldə olunmasında tovuzlu əsgər və zabitlərimiz də yüksək peşəkarlıq, şücaət, qəhrəmanlıq və cəsurluq göstərmişlər. Tovuzlu hərbi qulluqçuların sırasında da  Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksələnlər çoxdur. Belə hərbiçilərdən biri də kiçik gizir Cabbarov Orxan Rövşən oğludur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayış etdirdiyinə görə Orxan Cabbarov Azərbaycan Respublikası Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşdür.

Həmçinin Orxan Cabbarov Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə",  "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Bu gün cəsur döyüşçü Orxan Cabbarovun doğum günüdür. Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının, rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil şöbəsinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının əməkdaşları, ictimaiyyət nümayəndələri, qazilər şəhidin ailə üzvləri ilə birlikdə qəhrəman şəhidin məzarını ziyarət etmişlər. Vətən Müharibəsi Qəhrəmanı Orxan Cabbarovun əziz xatirəsi ehtiramla yad olunmuş, dualar oxunmuş və məzarüstü abidəsi önünə tər gül dəstələri qoyulmuşlar. Məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər.

Keçidlər