Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Əlizadə Eltac İsmayıl oğlunun doğum günüdür

15 oktyabr 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları şəhid Əlizadə Eltac İsmayıl oğlunun doğum günündə ailəsini ziyarət ediblər.

Eltac Əlizadə 1996-cı il oktyabrın 15-də Tovuz rayonunun Çatax kəndində anadan olub. 2003–2014-cü illərdə X. Cəfərov adına Çatax kənd tam orta məktəbində, 2014–2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb.

Eltac Əlizadə 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Eltac Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq döyüşüb. Eltac Əlizadə oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əsgər Əlizadə Eltac İsmayıl oğlu "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər