Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Ələsgərov Yusif Yaşar oğlunun doğum günüdür

14 oktyabr 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının məsul əməkdaşları, şəhid ailələri, kənd sakinləri şəhid Ələsgərov Yusif Yaşar oğlunun doğum günündə məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyublar.

Yusif Ələsgərov 1996-ci il oktyabrın 14-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2002-2013-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu kimi xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Yusif Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Oktyabrın 24-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Müalicəsi tam bitmədən yenidən döyüş bölgəsinə qayıdıb. Noyabrın 7-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əsgər Ələsgərov Yusif Yaşar oğlu "Vətən uğrunda" medalı ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər