Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Vətən Müharibəsi şəhidi Xəyal Şəkərovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə rayon turniri keçirilib

11 oktyabr 2021 | 16:00

Tovuz Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Tovuz Olimpiya İdman Kompleksində Şəhid Şəkərov Xəyal İman oğlunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr və kiçik yaşlılar arasında rayon turniri keçirilib.

Turnirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əmkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri, iki şəhər və altı rayondan 130-dan çox idmançı iştirak etmişdir. Yarış pandemiya qaydalarına uyğun təşkil olunmuşdur.

İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Turniri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsindən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan ətraflı danışmış və şəhid Xəyal Şəkərovun Vətən Müharibəsinin iştirakçısı və idmançı olmasını diqqətə çatdırımışdır.

Sonra şəhid Xəyal Şəkərovun atası İman Şəkərov çıxışı edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirmiş və belə bir turnirin keçirilməsinə görə təşkilatçılara təşəkkürünü çatdırmışdır.

Xəyal İman oğlu Şəkərov 1998-ci il sentyabrın 1-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Xəyal Şəkərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xəyal Şəkərov oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə gizir Şəkərov Xəyal İman oğlu "Vətən uğrunda", “İgidliyə görə”, "Kəlbəcərin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Turnirin sonunda qalib idmançılar diplom və medallarla təltif olunmuşlar.

Keçidlər