Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 27 sentyabr Anım Günü ərəfəsində şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib

26 sentyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis etdiyi 27 sentyabr Anım Günü əfərəsində Tovuzda ağacəkmə aksiyası təşkil olunub. Aksiya  Tovuz şəhəri, Aşağı Mülkülü, Cəlilli, Düz Cırdaxan, Aşağı Quşçu, Dönük Qırıqlı, Hacıalılı, Bayramlı, Ağdam və Koxanəbi kəndlərinin ərazilərində keçirilib.

Ağacəkmə aksiyasında Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, qazilər, əmək kollektivlərinin və rayon ictimaiyyətinin nümayəndələri, könüllülər iştirak etmişlər. Aksiyada ümumilikdə 600-dən çox müxtəliv növ ağaclar əkilmişdir.

İcra başcısı Məmməd Məmmədov ağacəkmə askiyasında iştirak edən şəhid ailələri ilə söhbət apararaq bildirmişdir ki, Vətən uğrunda döyüşlərdə igidlik göstərmiş şəhidlərimizin həyat yolu və qəhrəmanlığı hər bir tovuzlu gənc üçün örnəkdir.

Şəhid ailələrinin üzvləri övladlarının əziz xatirəsinin yad olunması üçün təşkil olunan təqdirəlayiq tədbirlərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər.

Keçidlər