Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı Anım Günü ərəfəsində şəhid ailələrinə baş çəkməyə davam edir

20 sentyabr 2021 | 16:00

Tovuz Rayon İcra Hakimiyyəti Başçısı Məmməd Məmmədov və rayon ictimaiyyətinin nümayəndələrinin 27 sentyabr Anım Günü ərəfəsində şəhid ailələrinə ziyarəti davam edir.

M. Məmmədov Tovuz şəhərində əsgər Cəlilov Elcan Famil oğlunun, Nağıyev Pərviz Güloğlan oğlunun, Qovlar şəhərində  əsgər Həsənov Xətai Xaliq oğlunun, əsgər Abbasov Zülfüqar Bayram oğlunun, müddətdən artıq hərbi qulluqçu  Vəliyev Nurlan Habil oğlunun, Abulbəyli kəndində baş leytenant Mahmudov Emin Pünhan oğlunun, Dönük Qırıqlı kəndində əsgər Sultanov Nurlan Yaşar oğlunun, Düz Qırıqlı kəndində əsgər Əliyev Asim Nuru oğlunun, əsgər Salmanov Sahil Vüqar oğlunun, əsgər Bədirov Nəcməddin Nürəddin oğlunun, Əyyublu kəndində əsgər Qurbanov Vahid Elşad oğlunun, əsgər Mirzəyev Ceyhun Zirəddin oğlunun, Aran Yanıqlı kəndində Heydərov Vasif Nazim oğlunun ailələrini ziyarət edərək onlarla söhbət aparmış, qayğılarını dinləmişdir.

İcra başçısı daha sonra şəhid ailələri ilə birlikdə şəhidlərimizin qəbrlərini ziyarət etmiş, məzarları önünə gül dəstələri qoyaraq əziz xatirələrinə ehtiram göstərmişdir. Şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

Şəhid ailələri M. Məmmədov ilə söhbət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqətə görə razılıqlarını bildirmiş, təşəkkürlərini dilə gətirmişlər.

Keçidlər