Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda məktəbə hazırlaşan şəhid övladları ziyarət olundu

18 sentyabr 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısının muavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Tovuz rayon təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü və Tovuz rayon Gənclər və İdman idarəsinin rəisi  Sahib Ələsgərov Vətən Müharibəsi şəhidlərinin ailələrinə baş çəkmiş, ailə üzvləri ilə söhbət aparmış, məktəbə hazırlaşan şəhid övladlarını məktəbli geyimi və dərs ləvazimatları ilə təmin etmişlər. Onlara təhsillərində və gələcək həyatlarında uğurlar arzulanmışdır.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər