Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Əliyev Asim Nuru oğlunun doğum günüdür

07 sentyabr 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının, rayon Gənclər və İdman İdarəsinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının əməkdaşları şəhid Asim Nuru oğlu Əliyevin doğum günündə məzarını ziyarət etmiş və məzarı önünə gül dəstələri qoymuşlar.

Asim Əliyev 1999-cu il sentyabrın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 2006–2017-cı illərdə Düz Qırıqlı kənd tam orta məktəbində, 2017–2018-ci illərdə Azəbaycan Texnologiya Universitetində "Marketinq" ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini dayandıraraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Asim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Asim Əliyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əsgər Əliyev Asim Nuru oğlu "Vətən uğrunda" medalı ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər