Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhidlərin xatirəsinə həsr olunmuş Strongmen idman növü üzrə açıq rayon birinciliyi keçirilib

30 avqust 2021 | 16:00

28-29 avqust 2021-ci il tarixdə Tovuz şəhər mədəniyyət və istirahət parkında Tovuz rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Şəhidlərin xatirəsinə həsr olunmuş Strongmen idman növü üzrə açıq rayon birinciliyi keçirilib. Yarışda Tovuzlu idmançılarla yanaşı Gəncə, Mingəçevir şəhərlərinin və Qazax rayon idmançıları da iştirak ediblər.

Açıq rayon birinciliyinin son günü Azərbaycan respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədov, Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov idmançıları salamlamış, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxışlarda Tovuz rayonunda yeniyetmə və gənclərin fiziki cəhətdən sağlam, vətənpərvər ruhda böyümələri üçün hərtərəfli şəraitin olduğu vurğulanıb. İdmançılara daima Şəhidlərimizi yad etmək, şəhid ailələrinə dəstək olmaq və vətənpərvər ruhda tərbiyyə olunmaq tövsiyə olunub. Qazilərimizə Allahdan şəfa dilənib.

Sonda qalib idmançılar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Keçidlər