Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Nizami Gəncəvi İli” çərçivəsində onlayn tədbir keçirilib

21 iyun 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş onlayn elmi-praktik konfrans keçirilib. Konfransdan öncə  Yusif Sadıqov adına Bozalqnalı kənd tam orta məktəbində rayon məktəblilərinin “Nizamidən incilər” mövzusunda rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra əl işləri sərgilənən şagirdlərə rayon təhsil şöbəsinin Fəxri Fərmanları təqdim olunub.

Onlayın tədbirdə Tovuz rayon İcra Hakimiyyəti və Təhsil şöbəsinin nümayəndələri, Gəncə Dövlət Tarix Mədəniyyət qoruğu, Nizami Gəncəvi məqbərəsi filialının elmi işçisi, məktəb direktorları, müəllimlər, şagirdlər iştirak ediblər.

Tədbiri Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova açaraq Tovuz rayonunda "Nizami Gəncəvi İli" ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun keçirilən tədbirlər, Nizami Gəncəvinin ümumbəşəri mahiyyət daşıyan ecazkar poetik qüvvəyə malik yaradıcılığından danışıb.

Sonra Tovuz Rayon Təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü çıxış edərək Nizami Gəncəvinin ədəbi-bədii irsi haqqında geniş məlumat verib.

Onlayın tədbirdə Gəncə Dövlət Tarix Mədəniyyət qoruğu, Nizami Gəncəvi məqbərəsi filialının elmi işçisi Vəfa Əliyeva görüş iştirakçılarını canlı yayım və slaydlar vasitəsilə Nizami Gəncəvi məqbərəsi ilə tanış edib, ətraflı məlumat verib.

Çıxışlardan sonra şagirdlər hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Nizami Gəncəvi irsinə aid şeirlər, qəzəllər, poemalardan nümunələr səsləndiriblər.

Keçidlər