Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Milli Qurtuluş Günü münasibətilə sərgi təşkil olunub

15 iyun 2021 | 16:00

15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə Tovuz şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında sərgi təşkil olunub.

Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Tovuz rayon təşkilatının fəalları ilk öncə parkda ucaldılmış Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə gül çiçək dəstələri qoymuş və xatirəsini etiramla yad etmişlər.

Sonra rayonun mədəniyyət işçilərinin hazırladıqları sərgiyə baxış keçirilmişdir. Sərgidə Ulu Öndər Heydər Əliyevin həyatından və ictimai-siyasi fəaliyyətindən bəhs edən nəşr əsərləri, fotolar, dövlət rəmzlərini əks etdirən rəsmlər və müxtəlif xarakterli əl işləri nümayiş etdirilmişdir. Sərgidə həmçinin Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən qədim əşyalar təqdim olunmuş, gənc saz ifaçılarının ifası dinlənilmişdir. Tədbirdə əl işlərindən ibarət suvenerlərin satışı təşkil olunmuşdur.

Sərgidə nümayiş etdirilən rəsm əsərləri və eksponatlar bayram əhval-ruhiyyəsində tədbirə qatılan rayon ictimaiyyətinin nümayəndələrinin, şəhər sakinlərinin marağına səbəb olub.

15 iyun - Milli Qurtuluş Günü münasibətilə təşkil olunan sərginin gün ərzində davam etdirilməsi nəzərdə tutulub.

 

Keçidlər