Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda yaş baramanın qəbuluna başlanıb

10 iyun 2021 | 16:00

Cari ildə rayon ərazisində 62 kümçü tərəfindən 200 qutu barama toxumu bəslənmişdir. Mövsüm ərzində 8000 kq yaş barama istehsal olunması gözlənilir.

Kümxanalarda yaş baramanın istehsalına başlanmışdır. İstehsal olunan məhsulun tədarükü ilə əlaqədar Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində qəbul məntəqəsi təşkil edilmiş, müvəqqəti saxlanılması üçün mühafizə olunan qapalı sahə ayrılmış, mütəxəssislərin işləməsi üçün lazımı şərait yaradılmışdır.

Baramanın  əvvəlcədən növlər üzrə çeşidlənməsi, məhsulun keyfiyyəti əsasında  qəbulu, düzgün qiymətləndirilməsi işləri təşkil olunmuş, “Azəripək” MMC-nin nümayəndəsinin və kümçülərin iştirakı ilə tərtib olunmuş aktlar əsasında təhvil veriməsi təmin edilmişdir. Mövsümün ilk günlərində “Azəripək” MMC-nin rayondakı qəbul məntəqəsinə ümumilikdə 2500 kiloqram yüksək keyfiyyətli yaş barama təhvil verilib.

Bu gün rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov yaş baramanın təhvil verilməsində iştirak etmiş, kümçülərlə görüşmüş, onları dinləmiş, fikirlərini bölüşmüş, qeyri-neft sektorunun strateji istiqaməti kimi baramaçılığın inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasəti haqqında fikirlərini bölüşmüşdür.

Keçidlər