Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı qazini evində ziyarət etdi

02 iyun 2021 | 16:00

Bu gün ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə diqqət və qayğının göstərilməsidir.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi, Tovuz rayonunda da diqqət mərkəzində saxlanılır.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Yuxarı Öysüzlü kəndində qazi Həsənov Vəli İlham oğlunu evində ziyarət edib. Vəli Həsənov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi döyüşlərdə iştirak edib. Murovdağ istiqamətində aparılan döyüş əməliyyatları zamanı yaralanıb. Qazimiz Vətən müharibəsində keçdiyi döyüş yolundan və aparılan uğurlu əməliyyatlarda iştirakından danışıb.

Məmməd Məmmədov onun sağlamlıq durumu, ailə-məişət qayğıları ilə maraqlanıb. Şanlı Azərbaycan Ordusunun əsgəri kimi işğalçı erməni silahlı birləşmələrinə qarşı aparılan müharibədə göstərdiyi igidliyə görə ona təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə əsgər Həsənov Vəli İlham oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Vəli Həsənov Vətən uğrunda döyüşlərdə sağlamlığını qismət itirmiş qazilərimizə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Keçidlər