Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Mahmudov Emin Pünhan oğlunun doğum günüdür

01 iyun 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının və Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhid Mahmudov Emin Pünhan oğlunun doğum günündə məzarını ziyarət etmiş və məzarı önünə gül dəstələri qoymuşlar.

Emin Mahmudov 1994-cü ildə Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. Uşaqlıq illərindən arzusu hərbiçi olmaq olub. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.

Azərbaycan Ordusunun baş leytenantı olan Emin Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Emin Mahmudov oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib.

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Respublikasının 100 illiyi (1918-2018)” yubley medalları və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncam ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər