Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Sultanov Nurlan Yaşar oğlunun doğum günüdür

31 may 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının və rayon təhsil şöbəsinin məsul əməkdaşları şəhid Sultanov Nurlan Yaşar oğlunun doğum günündə məzarını ziyarət etmiş və məzarı önünə gül dəstələri qoymuşlar.

Sultanov Nurlan Yaşar oğlu 31 may 1999-cu ildə  Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Sultanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nurlan Sultanov noyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Sultanov Nurlan Yaşar oğlu "Vətən uğrunda", "Qubadlının  azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər