Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı kəndlərdə barama istehsalı ilə məşğul olan kümçülərlə görüşüb

31 may 2021 | 16:00

Tovuz rayonunda "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası sahəsində işlər uğurla yerinə yetirilir.

Cari mövsümdə də rayonda baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə aparılan tədbirlər diqqətdə saxlanılır. Bu il yüksək kefiyyətli yaş barama yetişdirmək nəzərdə tutulub. Bu məqsədlə qısa müddətdə yüksək gəlir əldə etməyi planlaşdıran Tovuzlu kümçülər 200 qutu ipəkqurdu toxumu götürüblər.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun  Bozalqanlı, Abulbəyli və Düz Cırdaxan kəndlərində olaraq kümxanalarda barama yetişdirilməsinin mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb. Hazırda barama qurdlarının bəslənməsi və yemlə təmin olunması prosesi gedir. Mövcud yem potensialından səmərəli istifadə olunur. Kümçülər bu il bol məhsul əldə etməyi gözləyirlər.

Kümçülər razılıqla bildiriblər ki, aqrar sektorun digər sahələrində olduğu kimi baramaçıların da normal işləyib fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmışdır. Onlar ipəkçiliyin inkişafına göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər