Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda şəhid Samir Eyvazov dəfn olunub

16 may 2021 | 16:00

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozan naməlum şəxslərin odlu silahdan atəş açmaları nəticəsində hərbi xidmət vəzifələrini yerinə yetirən 1995-ci il təvəllüdlü baş leytenant Eyvazov Samir Elmar oğlu Şəhid olub.

Bu gün şəhid Samir Eyvazovun böyüyüb boya-başa çatdığı Tovuz şəhərində dəfn mərasimi keçirilib. Şəhidimiz Bozalqanlı kənd  qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Mərasimdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov,  Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri, general-mayor Müzəffər Pirizadə, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasimin sonunda şəhidin xatirəsinə yaylım atəşı açılıb və üçrəngli Azərbaycan bayrağı təntənəli şəkildə şəhidin dayısına təqdim olunub.

Allah şəhidimizə rəhmət eləsin!

Keçidlər