Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Yusifov Münasib Mübariz oğlunun doğum günüdür

14 may 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı, YAP Tovuz Rayon Təşkilatı Gənclər Birliyinin üzvləri və fəal gənclər Şəhid əsgər Yusifov Münasib Mübariz oğlunun doğum günündə məzarını ziyarət etmiş və məzarı önünə gül dəstələri qoymuşlar.

Şəhidimiz Yusifov Münasib Mübariz oğlu 14 may 2000-ci ildə  Tovuz rayonunun Yuxarı  Öysüzlü kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissədə  müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.

Əsgər Yusifov Münasib 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Laçın  və Şuşanın  azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Noyabrın 6-da 2020-ci il tarixdə Şuşa şəhəri  uğrunda gedən  döyüşlər zaman qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Yusifov Münasib Mübariz  oğlu "Vətən uğrunda" və "Qubadlının  azad olunmasına görə" medalları ilə təltif edilib

Allah Şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər